• cümə, 19 Aprel, 01:41
  • Baku Bakı 18°C

Azərbaycan indiyədək AÇG-dən 291 milyon ton mənfəət nefti əldə edib

12.12.19 13:00 680
Azərbaycan indiyədək AÇG-dən 291 milyon ton mənfəət nefti əldə edib
Bu il dekabrın 1-dək Azərbaycan Xəzərdəki "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 291 milyon ton mənfəət nefti əldə edib.
AZƏRTACxəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
"Artıq 20-ci ildir ki, "Azəri-Çıraq-Günəşli” yataqları layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından mənfəət nefti xarici bazarlara çıxarılır. Cari il dekabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 291 milyon ton mənfəət nefti satılıb ki, bu da çıxarılan neftin 58,5 faizindən çoxdur”, - deyə o bildirib.
banner

Oxşar Xəbərlər