• cümə axşamı, 18 aprel, 15:16
  • Baku Bakı 22°C

Azərbaycan incəsənət nümayəndələri istedadları ilə seçilir

16.07.18 11:00 624
Azərbaycan incəsənət nümayəndələri istedadları ilə seçilir
Sərgi daha çox cütlüyün əsərləri olduğu üçün maraqlıdır. Həmişə rəssamların əsərlərini müqayisə etmək maraqlı olub. Rəssam cütlüyün əsərlərini müqayisə etmək daha çox maraqlıdır. Hər birinin öz həssaslığı var. Bu cütlük əsərlərində ekspressionizm cərəyanına müraciət ediblər.
Bu fikriAZƏRTAC-a müsahibəsində Sylvie Nissen Sarl şirkətinin direktoru Yann dö Sen Sülpis deyib.
Bildirib ki, nümayiş olunan əsərlərdə mənzərələr Azərbaycan təbiətini yaxından tanımağa imkan yaradır. Bu əsərlər eyni zamanda, ölkədə baş verən dəyişiklikləri də əks etdirir.
O deyib: "Portretlərdə insanların üzlərinin ifadəsi çox zəngindir və bu həssaslıqla çəkilib. Rəng seçimi yüksək səviyyədədir. Azərbaycan incəsənət nümayəndələri istedadları ilə seçilir”.
banner

Oxşar Xəbərlər