• şənbə, 20 Aprel, 16:11
  • Baku Bakı 23°C

Azərbaycan, ilk növbədə, humanitar əməkdaşlıq üçün artıq mühüm məkana çevrilib

08.05.20 10:37 452
Azərbaycan, ilk növbədə, humanitar əməkdaşlıq üçün artıq mühüm məkana çevrilib
Azərbaycan, ilk növbədə, humanitar əməkdaşlıq üçün artıq mühüm məkana çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmanın Qoşulmama Hərəkatının Zirvə görüşünün əhəmiyyəti barədə sualını cavablandırarkən səsləndirib.
Prezident İlham Əliyev deyib:
"Bilirsiniz, bir sıra siyasi və ictimai xadimlər, həmçinin geniş beynəlxalq ictimaiyyət qeyd edir ki, dünya başqalaşacaq və artıq başqalaşıb. Biz də yeni iş formatına, yeni həyat formatına, özünütəcrid rejiminə tədricən alışırıq. Əlbəttə, əslində bu, xüsusən sərt karantin şəraitində insanların çoxunun həyat tərzinə də, onların psixoloji vəziyyətinə də ciddi təsir göstərir. Biz yaxşı başa düşürük ki, həftələrlə evdə oturmaq, evdən çıxmamaq fəal həyat tərzinə, fəal işləməyə adət etmiş insanlar üçün çox ciddi sınaqdır. Bəli, mən qeyd etdim ki, işini itirənlər üçün vəsait ödəyirik. Axı onlar üçün motivasiya təkcə əməkhaqqı deyildi. İnsanlar əslində, sevimli işindən məhrum olublar və əlbəttə ki, bu da onların psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Buna görə dünyanın gələcəkdə necə olacağını güman etmək çətindir.
Beynəlxalq tədbirlər keçirilməsinə gəldikdə, mənim dediyim iki Zirvə görüşü göstərdi ki, biz bu formatda da işləyə bilərik. Əlbəttə, ünsiyyət çatışmazlığını hiss edirik. Əgər biz Zirvə görüşünü adi rejimdə keçirsəydik, bu, əlbəttə, 2 gün, bəlkə də 3 gün davam edərdi, çoxsaylı ikitərəfli görüşlər, çoxlu mədəni tədbirlər olardı. Amma, məsələn, mayın 4-də Zirvə görüşü fasiləsiz olaraq altı saat yarım davam etdi. Sədr kimi mənim həmin görüşü tərk etmək imkanım yox idi. Əlbəttə, bu formatda yaşamağa öyrəşmək lazımdır.
Beynəlxalq forumlara gəldikdə, siz tamamilə haqlı olaraq qeyd etdiniz ki, Azərbaycan, ilk növbədə, humanitar əməkdaşlıq üçün artıq mühüm məkana çevrilib. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən və formalaşmasında şəxsən siz, Mixail Solomonoviç, çox böyük rol oynadığınız Bakı Beynəlxalq Humanitar Forumu da, Mədəniyyətlərarası Dialoq Forumu da, keçirilməsi bu gün təxirə salınmış bir sıra başqa tədbirlər də sual doğurur – biz onları necə keçirəcəyik? Beynəlxalq forumları, diskussiyaları videokonfrans rejimində keçirməyə imkan olacaqmı – bütün bunlar gələcəyin məsələləridir. Lakin bir şey aşkardır ki, koronavirus üzərində qələbədən sonra sırf işçi baxımdan, psixoloji baxımdan bu vəziyyətdən çıxmaq üçün hələ uzun müddət lazım gələcək. Bunun nə qədər davam edəcəyini demək çox çətindir. Lakin mənim fikrimcə, əsas məqam, o cümlədən beynəlxalq siyasət məsələlərində əməkdaşlığın müsbət təcrübəsini qoruyub saxlamaqdır ki, bu müvəqqəti ayrılıq ölkələri bir-birindən ayırmasın. Biz dialoqu davam etdirək, videokonfrans formatında işləyək. Yeri gəlmişkən, mən həmkarlarımla videokonfrans formatında bir neçə görüş keçirmişəm. Əlbəttə, forma fərqli olacaq, lakin əsas məsələ müsbət məzmunu saxlamaq və pandemiya nəticəsində gördüyümüz müsbət məqamların sayını artırmaqdır. Ola bilsin, bunlar hələ ilk təzahürlərdir, lakin həmrəylik, hətta münasibətləri gərgin olan ölkələr arasında da əməkdaşlıq elementləri görünür".
banner

Oxşar Xəbərlər