AZE | RUS | ENG |

Azərbaycan ilk dəfə Polşaya alüminium profil ixrac edib

Azərbaycan ilk dəfə Polşaya alüminium profil ixrac edib
Sumqayıt Texnologiyalar Parkı (STP) ilk dəfə Polşaya alüminium profil məhsulları ixrac edib.
STP-dən AZƏRTAC-a bildirilib ki, satışla bağlı ilkin danışıqlar bu ilin yanvarından başlayıb və martın sonlarında sifarişçi şirkətə test məhsullar yola salınıb. Məhsullar beynəlxalq standartlara uyğun olduğu və keyfiyyət sınaqlarını keçdiyi üçün müştəri ilkin olaraq 20 ton məhsul sifariş verib. İxrac olunan məhsullar standart qəlibli alüminium profillərdən ibarətdir.
Növbəti aylarda Polşa bazarı üçün ixrac ediləcək alüminium profil məhsullarının həcminin artacağı gözlənilir. Belə ki, hazırkı müştəri topdansatış şirkətidir və əməkdaşlıq etdiyi şirkətlərə də nümunələr göndərib. Nümunəni əldə etmiş şirkətlər də Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi məhsullara ciddi maraq göstəriblər.
İxrac olunan ölkə Polşa olsa da, sifarişçi tərəf Avstriya şirkətidir. Avstriya alüminium profil ticarətində Almaniya və Danimarka ilə yanaşı, Avropanın lider ölkələrindəndir. Digər Avropa ölkələri alüminium profil məhsullarını bu ölkələrin vasitəsilə əldə edirlər. Azərbaycanın ən böyük sənaye kompleksi olan STP isə hazırda hər 3 dövlət ilə aktiv şəkildə alüminium profil satışı üzrə əlaqələr qurur. Texnopark Polşadan əvvəl Danimarkaya bir neçə dəfə alüminium profil məhsulları ixrac edib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056