• cümə, 29 Mart, 10:00
  • Baku Bakı 5°C

Azərbaycan ilə Ukrayna arasında birgə istehsalın inkişafı üçün 5 prioritet sahə açıqlandı

21.03.17 22:33 1337
Azərbaycan ilə Ukrayna arasında birgə istehsalın inkişafı üçün 5 prioritet sahə açıqlandı
Ukrayna və Azərbaycan kimya sənayesi, əczaçılıq, gəmi, təyyarə və maşınqayırma sahələrində birgə istehsal əlaqələrini inkişaf etdirməlidir. Bunu Trend-ə özəl müsahibəsində Ukraynanın iqtisadi inkişaf və ticarət naziri, baş nazirin müavini Stepan Kubiyev deyib.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan Ukrayna üçün mühüm strateji tərəfdaşdır.
S.Kubiyev bildirib: "Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin aktivləşdirilməsi çox münasibdir, beləki Ukrayna və Azərbaycan əməkdaşlığın potensialını hələ tam realizə etməyiblər. Bu səbəbdən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin Kiyevdə Azərbaycanın Ticarət Evinin yaradılması təklifi tərəfimizdən müsbət qarşılanmışdır. Bu, ölkələrimiz arasında qarşılıqlı ticari əlaqələri gücləndirməlidir".
Ukrayna baş nazirinin müavini daha sonra əlavə edib ki, yuxarıda qeyd edilən sahələrlə yanaşı, Ukrayna aqro sənaye kompleksi sahəsində və Azərbaycana ərzaq məhsullarının tədarükündə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
S.Kubiyev həmçinin bildirib: "Əlbəttə, biz Azərbaycan neftinin gələcəkdə Ukrayna neft emalı zavodlarına və ərazimiz vasitəsilə Avropa ölkələrinə tədarükündə də maraqlıyıq".
Müsahibəsinin sonunda baş nazirin müavini Bakıda birgə forumun keçirilməsinin planlaşdırıldığını da bildirib.
banner

Oxşar Xəbərlər