• cümə axşamı, 28 mart, 19:45
  • Baku Bakı 13°C

Azərbaycan ilə Türkiyə həmkarlar ittifaqlarını dostluq və əməkdaşlıq münasibətləri birləşdirir

12.07.19 14:36 9293
Azərbaycan ilə Türkiyə həmkarlar ittifaqlarını dostluq və əməkdaşlıq münasibətləri birləşdirir
Bir millət, iki dövlət olaraq Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi dostluq, əməkdaşlıq və qardaşlıq münasibətləri həmkarlar ittifaqları sistemində də özünü göstərməkdədir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Trend-ə verilən məlumata görə, dostluğun davamlılığı və yaranmış qarşılıqlı inam iki ölkə həmkarlar ittifaqlarının və işçilərinin xeyrinə olmaqla yanaşı, sıx əlaqələr qurulmasına xidmət edir. Həmkarlar ittifaqlarının nümayəndə heyətlərinin təşkilatların qurultaylarında qarşılıqlı iştirakları, onun rəhbərlərinin mütəmadi görüşləri bu dostluğu daha da gücləndirir.
Ölkə rəhbərləri - Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında olan şəxsi dostluq münasibətləri hər iki ölkənin həmkarlar ittifaqlarının rəhbərləri arasında yaranmış dostluq və qardaşlıq əlaqələrinə də güclü təkan verir.
İyulun 10-da Türkiyənin paytaxtı Ankara şəhərində «Əmək, demokratiya, azadlıq, ədalət» şüarı ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi «Hak-iş» Həmkarlar İttifaqları Konfederasiyasının XIV qurultayında AHİK-in sədri, millət vəkili S.Möhbalıyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Qurultayda Rəcəb Tayyib Ərdoğanın Azərbaycan nümayəndə heyəti ilə, onun rəhbəri AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevlə səmimi görüşməsi ölkələrin dostluq və qardaşlığının sübutunun bariz nümunəsidir.
Qurultayda Səttar Möhbalıyev Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, Avropa Həmkarlar İttifaqları Konfederasiyası, eyni zamanda Türkiyənin digər həmkarlar ittifaqları və Albaniya, Gürcüstan, Qazaxstan həmkarlar ittifaqlarının nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirib.
Görüşlərdə həmin ölkələrin həmkarlar ittifaqları ilə Azərbaycan həmkarlar ittifaqları arasında ikitərəfli münasibətlərə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər