AZE | RUS | ENG |


Azərbaycan ilə Kolumbiya arasında ilk idman mübadiləsi baş tutub

Azərbaycan ilə Kolumbiya arasında ilk idman mübadiləsi baş tutub
Azərbaycanda 14 günlük idman mübadiləsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan 12 kolumbiyalı voleybolçu qız ölkələrinə geri dönüblər. Bakıda səfərdə olan idmançılar Milli Voleybol Federasiyasının mənzil-qərargahında təlim keçməklə bərabər, Naxçıvan, Gəncə, Göygöl, Qax və Şəki şəhərlərini də ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, regionlara səfərləri zamanı voleybolçulara ölkədə idmanın inkişafı istiqamətində görülən işlər haqda məlumat verilib.
Hər iki ölkənin idmançıları voleybolun yeni texnikalarını sınaqdan keçiriblər.
Bununla yanaşı, idmançılar Azərbaycan mətbəxi, tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar. Voleybolçular Gəncədə Nizami Gəncəvinin məqbərəsini və Şəki Xan Sarayı kimi tarixi yerləri ziyarət ediblər. Səfər San-Bernardodan olan gənclərin Tufandağa gəzintisi ilə başa çatıb.
Kolumbiyanın çoxtərəfli məsələlər üzrə nazir müavini Fransisko Xavyer Eçeverri voleybolçularla San Karlos Sarayında keçirdiyi görüşdə deyib: "Şübhəsiz ki, bu səfər Azərbaycanda tam cədvəl üzrə keçirilən ilk idman mübadiləsi, coğrafi mövqeyinə görə çox uzaq olan iki ölkənin yaxınlaşmasına imkan yaratdı, həmçinin təcrübə zamanı san-bernardolu gənc qızlar məsafə, dil və mədəniyyət baryerini aşaraq ölkələrimiz arasında sıx əlaqələr qurdular”.
Məlumat üçün bildirək ki, iki ölkə arasında ilk idman mübadiləsi Azərbaycan Gənclər və İdman Nazirliyinin, Milli Voleybol Federasiyasının, Kolumbiyanın Bakıdakı diplomatik missiyası və Kolumbiyanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə Azərbaycanda keçirilib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9483
USD 1 ABŞ dolları 1.8311
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6879
GBP 1 İngilis funt sterlinqi 2.2482
TRY 1 Türk lirəsi 0.4811
KWD 1 Küveyt dinarı 5.9941
SEK 1 İsveç kronu 0.2047
CHF 1 İsveçrə frankı 1.8186