• çərşənbə axşamı, 16 aprel, 13:29
  • Baku Bakı 19°C

Azərbaycan ikinci peykini orbitə buraxacaq

13.03.18 10:10 656
Azərbaycan ikinci peykini orbitə buraxacaq
Azərbaycanın "Azerspace-2/Intelsat" 38 ikinci geostasionar peykinin buraxılışı aprelin 30-a planlaşdırılıb.
Bu barədə özəl olaraq Trend-ə etibarlı mənbədən məlumat verilib.
Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru kosmodromundan "Ariane 5 ECA" raketdaşıyıcısı vasitəsilə orbitə buraxılacaq.
Qeyd edək ki, "Azerspace-2/Intelsat 38"in xidmət dairəsinə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir.
Xatırladaq ki, Azərbaycanın ilk peyki "Azerspace/Africasat-1" 2013-cü ilin fevralında orbitə buraxılıb.
banner

Oxşar Xəbərlər