AZE | RUS | ENG |

Azərbaycan idmançısı Çində beynəlxalq yarışın qalibi olub

Azərbaycan idmançısı Çində beynəlxalq yarışın qalibi olub
Azərbaycan kikboksçusu Ramal Aslanov Çində keçirilən beynəlxalq yarışının qalibi olub.
AZƏRTAC xəbər verir ki, "Lord" ləqəbli Aslanov Su Liu adlı yerli idmançını məğlubiyyətə uğradıb.
Döyüşü barədə danışan 27 yaşlı kikboksçu güclü rəqibə qalib gəldiyini bildirərək deyib: "Burada FF döyüş təşkilatının ən güclüləri yarışırdı. Mən 2016-cı ildə Çində Qran-prinin qalibi olmuşdum. Ən güclü 8 idmançı arasında birinci yeri tutmuşdum. İndi qarşılaşdığım Su Liu adlı çinli idmançı isə 2018-ci ildə bu turnirin qalibi olub. Üstəlik, o, "Glory 57"nin də çempionudur".
Rəqibini necə məğlub etməsindən danışan Aslanov deyib : "Döyüş çətin keçdi. Bu dəfə taktikada dəyişiklik etmişdim. Çünki rəqiblərim bilir ki, əl zərbələrim güclüdür. Ona görə bu dəfə döyüş vaxtı daha çox ayaq və diz zərbələrinə üstünlük verdim. Nəticədə xal hesabı ilə rəqibimə qalib gəlib kuboku qazandım".
Təcrübəli idmançı yarışa əməkdar məşqçi Hakim Hacıyevin rəhbərliyi altında çıxdığını və qarşılaşmadan sonra Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevdən təbrik aldığını bildirib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056