AZE | RUS | ENG |

Azərbaycan idmançısı Avropa çempionatının finalında!

Azərbaycan idmançısı Avropa çempionatının finalında!
İsveçin Göteborq şəhərində qapalı salonda keçirilən Avropa çempionatında Azərbaycan təmsilçisi Hayle İbrahimov finala yüksəlib. Lent.az-ın məlumatına görə, efiopiyalı legioner martın 1-də baş tutan 3000 metr məsafəyə qaçış üzrə seçmə mərhələni lider kimi tamamlayıb. 23 yaşlı atlet finişə 7 dəqiqə 50,55 saniyəyə qaçıb. Onun 10 rəqibi arasında ən yaxın izləyicisi, fransalı Yoann Koval 5,06 saniyə geridə qalıb. Bu nəticə ilə İbrahimov seçmə mərhələdə ən yaxşı nəticəni göstərib. Martın 2-də keçiriləcək finalda idmançımızın 11 rəqibi olacaq. Qeyd edək ki, Hayle İbrahimov 2 il öncə keçirilmiş Avropa çempionatında yalnız olimpiya çempionu Məhəmməd Fərəhdən geri qalıb. Amma hazırkı yarışa Fərəh qatılmayıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311