AZE | RUS | ENG |

Azərbaycan idmançıları favoritləri məğlub etdilər

Azərbaycan idmançıları favoritləri məğlub etdilər
Fevralın 22-24-də Belçikanın Gent şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında Dünya Kuboku yarışı keçirilib. Yarışda Azərbaycanı "Neftçi" İSM-in üzvləri Səbinə Mikina, Aidə Ələsgərova, Sevil və Sevinc Bunyadova bacıları təmsil ediblər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəxsi yarışlarda idmançılarımızdan ən yaxşı nəticəni Sevil Bunyadova göstərib. O, 160 idmançı arasında 20-ci olub. Komanda yarışında isə qızlarımızın çıxışını uğurlu saymaq olar. Belə ki, dünya reytinqində 8-ci olduğumuz üçün komandamız yarışlara 1/16 finaldan yox, 1/8-dən başlayıb və ilk rəqibi dünya reytinqində 9-cu olan Almaniya yığması olub. Azərbaycan yığması Almaniya komandasına 45:28 hesabı ilə qalib gəlib. 1/4 finalda isə qılıncoynadanlarımız dünya çempionu Rusiya yığmasını çoxlarının gözləmədiyi halda məğlub ediblər - 45:41. Yarımfinalda İtaliya yığmasına 43:45 hesabı ilə uduzan qızlarımız, 3-cü yer uğrunda ABŞ idmançıları ilə qarşılaşıblar. Heyətində olimpiya çempionu və mükafatçılarının yer aldığı Amerika komandasına 35:45 hesabı ilə məğlub olan qızlarımız Dünya kubokunu 4-cü yerdə başa vurmaqla, ümumi reytinqdə 7-ci yerə yüksəliblər.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775