• şənbə, 20 Aprel, 19:11
  • Baku Bakı 24°C

Azərbaycan idmançıları erməniləri geridə qoydular

13.09.13 17:20 1266
Azərbaycan idmançıları erməniləri geridə qoydular
Gəncə idmançılarının növbəti xoş sorağı bu dəfə Ukraynadan gəlib. Milli.Az Anspress-ə istinadən xəbər verir ki, 1 saylı Uşaq Gənclər İdman Məktəbinin cüdo və samboçuları Odessada keçirilən beynəlxalq turnirdə fərqləniblər.
İdmançılar Ukraynada beynəlxalq turnirdə məşqçi Araz Muxtarovun rəhbərliyi altında çıxış ediblər. Gənc mütəxəssisin yetirmələri bir-birinə yaxın olan hər iki idman növündə kifayət qədər uğurla mübarizə apararaq, müxtəlif əyarlı 18 medalla Nizami yurduna dönüblər.
Məşqçi Araz Muxtarovun sözlərinə görə, ən sevindirici hal nəticə baxımından Ermənistan komandasını qabaqlamağımız idi: "Bu yarış ənənəvi beynəlxalq turnir idi. 11 ölkədən təmsilçilər vardı. Yaxşı bacarıqlı idmançılar yarışa gəlmişdilər. İlk gün yarış cüdodan oldu, sonra sambodan. Yaxşı hazırlaşmışdıq, təlim-məşq toplanışı keçmişdik. Yarışa tam hazır idik. Məni ən sevindirən məqam nəticə baxımından Ermənistan komandasını qabaqlamağımız idi. Onlar 5-ci biz isə 1-ci olduq".
Odessada uşaqlar arasında 27 kq çəki dərəcəsində çıxış edən Namiq Nadirli, yeniyetmələr arasında 30 kq-da mübarizə aparan Elçin İbrahimovla 60 kq-da Ruhin Əkbərli hər iki turnirin qalibi adını qazanıblar. İbrahimov da eyni zamanda birinciliyin ən texnikalı idmançısı seçilib.
Beynəlxalq turnirin qalibi Ruhin Əkbərlinin sözlərinə görə, qarşıdan gələn Avropa birinciliyindən nailiyyətlər gözləyir: "Sambo və cüdo yarışlarında birinci yeri tutduq. Samboda 3, cüdoda 4 görüş keçirdim. Qarşıda Avropa birinciliyi var, inanıram ki, o yarışdan da uğurla qayıdacağam".
banner

Oxşar Xəbərlər