• cümə, 29 Mart, 15:35
  • Baku Bakı 14°C

Azərbaycan hüquqi dövlətdir və hər kəsə əməlinə görə hüquqi qiymət verilməlidir

03.08.21 14:15 283
Azərbaycan hüquqi dövlətdir və hər kəsə əməlinə görə hüquqi qiymət verilməlidir
Milli Məclis dövlətçiliyimizn daha da möhkəmlənməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsində, beynəlxalq əlaqələrin formalaşmasında önəmli rol oynayır.
Azərbaycan xalqının ən böyük arzusu - işğal altındakı torpaqlarımızın, Qarabağın azad edilməsi təmin olunub. Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində biz Zəfər qazanmışıq. Lakin indi belə hadisələrin baş verməsi təəssüf doğurur.
AZƏRTACxəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin avqustun 3-də keçirilən plenar iclasında deyib.
Deputat qeyd edib ki, Milli Məclisin deputatının bu hərəkəti yaxşı hadisə deyil. İntizam komissiyasının iclasında iştirak edən Eldəniz Səlimov öz əməlini etiraf edib. "Azərbaycan hüquqi dövlətdir və öz vətəndaşlarının qayğısına qalır. Heç kim də qanundan yüksəkdə deyil və hər kəsə əməlinə görə hüquqi qiymət verilməlidir”, - deyə B.Əliyev qeyd edib.
banner

Oxşar Xəbərlər