AZE | RUS | ENG |

Azərbaycan hökuməti yaranmış vəziyyətin təhlili və aradan qaldırılması üçün lazımi addımlar atacaq

Azərbaycan hökuməti yaranmış vəziyyətin təhlili və aradan qaldırılması üçün lazımi addımlar atacaq
Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir.
Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov 28 May - Respublika günü münasibətilə keçirilən tədbirdə deyib.
Ə.Əhmədov bildirib ki, məcburi köçkünlərin yaşadığı ictimai binalarda bir neçə dəfə xoşagəlməz hadisələr baş verib: "Bu binalarda bir neçə dəfə yanğın olub və bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, onlar hələ ki həmin binalarda məskunlaşmağa məcburdurlar. Onlar hökumətimizin həyata keçirdiyi siyasət nəticəsində tikilən yeni qəsəbələrə köçürülürlər. Amma bu, xeyli vaxt aparır. Məcburi köçkünlərin yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir. Bununla bağlı yaradılmış komissiya yoxlamalar aparır, təhlükəli olan yerlər haqqında bizdə səhih məlumatlar var".
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan hökuməti yaranmış vəziyyətin təhlili və aradan qaldırılması üçün lazımi addımlar atacaq: "İmkan daxilində məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün də işlər görülür. Güman edirəm ki, gələcəkdə bizi narahat edən yanğın hadisələri baş verməyəcək".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006