• çərşənbə axşamı, 16 aprel, 21:51
  • Baku Bakı 18°C

“Azərbaycan hökuməti vaksinasiyanı erkən başlatmaqla çox uğurlu iş görüb”

04.04.21 14:30 1363
“Azərbaycan hökuməti vaksinasiyanı erkən başlatmaqla çox uğurlu iş görüb”
"Azərbaycan hökuməti vaksinasiyanı erkən başlatmaqla artıq çox uğurlu iş görüb”.
APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.
Kestutis Yankauskas deyib ki, gələcəkdə digər peyvəndlərin də çatdırılması peyvənd seçiminə imkan verəcək: "Vaksinlərlə bağlı töhvə verələrin hamısına – Ümumdünya Səhiyyə Təşkilatına, UNİSEF-ə və COVAX mexanizminə dəstək verən digər ölkələrə təşəkkürümüzü bildiririk. Mən yalnız hər kəsi ən uyğun zamanda vaksinasiya üçün müraciət etməyə çağıra bilərəm. Çünki bu COVID-19-la mübarizənin ən yaxşı yoludur”.
banner

Oxşar Xəbərlər