• çərşənbə axşamı, 19 mart, 08:48
  • Baku Bakı 8°C

Azərbaycan hərbçiləri Gürcüstanda neft-qaz kəmərlərinin mühafizəsi üzrə təlimdə iştirak edirlər

25.09.17 14:45 906
Azərbaycan hərbçiləri Gürcüstanda neft-qaz kəmərlərinin mühafizəsi üzrə təlimdə iştirak edirlər
Gürcüstanda "Eternity-2017” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.
APA-nın yerli bürosunun Gürcüstanın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,NATO-Gürcüstan Təlim və Qiymətləndirmə mərkəzində keçirilən təlimdə gürcü hərbçilərlə yanaşı Azərbaycan və Türkiyə hərbçiləri iştirak edir.
Təlimin keçirilməsində məqsəd əsas ixrac boru kəmərlərinin mühafizəsinin gücləndirilməsində strateji əməkdaşlığın təmin olunmasıdır. TəlimdəBakı-Tbilisi-Ceyhanneft kəmərinin böhran vəziyyətlərdə mühafizəsi üçün əməliyyatların ssenarisi nəzərdən keçirilir.
Təlim sentyabrın 29-da başa çatacaq.
banner

Oxşar Xəbərlər