• çərşənbə axşamı, 16 aprel, 12:33
  • Baku Bakı 19°C

Azərbaycan hərbçiləri Dünya Kubokunun qrup birincisi oldular

09.07.13 10:37 1311
Azərbaycan hərbçiləri Dünya Kubokunun qrup birincisi oldular
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “A” qrupunda Azərbaycan komandası maksimum nəticə göstərərək bütün oyunlardan qalib ayrılıb. 3 oyundan 9 xal toplamış komandamız qapılardan 9 top keçirib və bir top belə buraxmayıb. Son oyunda İraq komandası üzərində 3-0 hesabı ilə əldə edilən qələbə komandamızı qrup birinciliyinə yüksəldib.
“B” qrupunda isə Əlcəzair Fransaya 4-1, Bəhreyn isə Keniyaya 2-0 hesabı ilə qalib gəlib. Bununla da qrup ikincisi olan Bəhreyn ¼ finalda Azərbaycanla, qrup birincisi olan Əlcazair isə İraqla qarşılaşmalı olacaq.
“C” qrupunda Oman Kot-Divuardan 2-1 hesabı ilə üstün olaraq qrup birinciliyinə yüksəlib.
“D” qrupunda isə Kamerun Qətər üzərində 2-1 hesabı ilə qalib gələrək qrup birinciliyini rəsmiləşdirib. Bununla da ¼ finalda “C” qrupunun birincisi Oman “D” qrupunun ikincisi Qətərlə, “D” qrupunun birincisi Kamerun isə “C” qrupunun ikincisi olan Kot-Divuarla qarşılaşmalı olacaq.
Bütün ¼ final oyunları (Azərbaycan-Bəhreyn, Əlcəzair-İraq, Oman-Qətər, Kamerun-Kot-Divuar) iyulun 10-da saat 21.00-da “Dalğa”, “Bayıl”, “Şəfa” və “Zirə” stadionlarında keçiriləcək.
Azərbaycan-Bəhreyn oyunu AzTV-də və çempionatın rəsmi internet səhifəsində (www.cism-wft2013.az) canlı yayımlanacaq. Eyni vaxtda “İdman Azərbaycan” kanalında digər bir ¼ oyunu da canlı olaraq nümayiş ediləcək.
banner

Oxşar Xəbərlər