AZE | RUS | ENG |

Azərbaycan hərbçiləri beynəlxalq təlimlərdə iştirak edir - Türkiyədə

Azərbaycan hərbçiləri beynəlxalq təlimlərdə iştirak edir - Türkiyədə
Türkiyə Silahlı Qüvvələri tərəfindən bu il ilk dəfə təşkil olunan beynəlxalq miqyaslı "Efes” real atəş təlimlərinə İzmir vilayətinin Səfərihisar rayonunun Doğanbəy mövqeyində start verilib.  
 
APA-nın "Milliyet”ə istinadən verdiyi məlumata görə, təlimlərdə Türkiyə, Azərbaycan, ABŞ, Almaniya, İngiltərə, Polşa, Pakistan, Səudiyyə Ərəbistanı və Qatar hərbçiləri iştirak edir. 900-ü xarici ölkə hərbçiləri olmaqla, ümumilikdə 7 min 500 hərbçinin qatıldığı təlimlərdə ilk dəfə konvensional (adi silahlardan istifadə olunan) müharibə ilə yanaşı, kibermüharibə və psixoloji savaş taktikalarını, terrorla mübarizəni əhatə edən hibrid müharibə taktikaları da sınaqdan çıxarılacaq.   
 
Mayın 30-da yerli vaxtla saat 20:30-22:10 arasında keçirilən axşam və gecə təlimlərini Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, Türkiyənin müdafiə naziri Fikri İşıq, Azərbaycanın müdafiə naziri Zakir Həsənov, eləcə də Ukrayna, Səudiyyə Ərəbistanı, Qatar Baş Qərargah rəisləri, Polşa Baş Qərargah rəisinin müavini, Pakistan və Yaponiya quru qoşunlarının komandanları da daxil olmaqla, 79 ölkədən 255 rəsmi nümayəndə izləyib. 
 
Təlimlər sualtı müdafiə və sualtı hücum kommando birliklərinin dənizdən desant çıxarması, xüsusi təyinatlı qüvvələrin isə havadan desant atması ilə başlayıb. Türkiyə, Azərbaycan, Pakistan, Polşa, Qatar və Səudiyyə Ərəbistanı əsgərləri dənizdən nəzərdə tutulan quru ərazisinə sızma hərəkatı həyata keçiriblər. Dənizdəki minalar tapılaraq zərərsizləşdirilib. Xüsusi təyinatlıların kəşfiyyatından sonra dənizdən quruya top atəşləri açılıb, sonra F-16 təyyarələri və "Kobra” helikopterləri hədəfləri bombalayıb. Yerə endirilən desant qüvvələrinə qarşı düşmənin hücumuna uzaqvuran artilleriya ilə müdaxilə edilib, düşmən tanklarını təmsil edən qırmızı nöqtələr raketlərlə vurulub. Düşmənin hava qüvvələrinin müttəfiq qüvvələri atəş altına almasından sonra hava hücumundan müdafiə sistemləri fəaliyyətə başlayıb. Türkiyənin yerli "Atak” helikopterləri təlimdə real raketlərdən istifadə edib.
 
Təlimlərin ssenarisinə əsasən "Arnland” və "Torrike” şərti adı olan ölkələr arasında müharibə sınaqdan çıxarılıb. "Torrike” tərəfindən "Arnland”a məxsus ada işğal olunur və bu dövlət BMT-yə müraciət edir.  BMT-nin qərarına uyğun olaraq Türkiyənin liderliyində Azərbaycan, ABŞ, Almaniya, İngiltərə, Polşa, Pakistan, Səudiyyə Ərəbistanı, Qatar qüvvələrindən ibarət dost ölkələrin hərbi qruplaşması təşkil olunur. Dost qüvvələr Torrike”nin ələ keçirdiyi adanı işğaldan azad edir.
 
Təlimlərin bu gün keçiriləcək gündüz hissəsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırm da izləyəcək. 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892