Azərbaycan hərbçiləri

Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları-2019"da iştirak edəcək

Təfsilat
19 İyul 2019, 17:14 21128
Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək "Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edəcəklər.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan hərbçiləri ölkəmizdə "Dəniz kuboku”, Rusiyada "Tank biatlonu” və "Səhra mətbəxi”, Qazaxıstanda "Artilleriya atəşinin ustaları”, Belarusda "Snayper həddi” və Özbəkistanda təşkil olunacaq "Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edəcək.