• cümə axşamı, 18 aprel, 06:02
  • Baku Bakı 12°C

“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimizin rolu” mövzusunda tədbir keçirilib

13.03.17 13:23 1002
“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimizin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) "Azərbaycanın gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” layihəsi çərçivəsində "Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimizin rolu” mövzusunda tədbir keçirilib.
APA-nın məlumatına görə, layihənin məqsədi mövcud informasiya məkanında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gəncləri təşviq etməkdir.
AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov deyib ki,Avropa ŞurasıParlament Assambleyası AVCİYA prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə 20/35 saylı qətnamə qəbul edib. Həmin qətnamə Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Sərsəng su anbarı ilə bağlıdır və sənəddə Azərbaycan ərazilərinin işğal olunduğu əksini tapıb. Keçən il Ağ Evin saytında Azərbaycanın işğal olunmuş əraziləri və Sərsəng su anbarı ilə əlaqədar petisiya təşəbbüsü də xatırladan E. Salmanov AVCİYA-nın Azərbaycan həqiqətlərinin təbliği, informasiya savaşı sahəsində fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Layihənin rəhbəri İradə Yaqubova bildirib ki, bu gün Azərbaycanın prioritet istiqaməti Dağlıq Qarabağ münaqişəsinin həllidir: "Ötən müddət ərzində beynəlxalq arenada Azərbaycan dövləti siyasi müstəvidə Dağlıq Qarabağ probleminin həlli, Ermənistanın işğalçılıq siyasətinin dayandırılması və məcburi köçkünlərin öz doğma evlərinə qayıtması üçün lazımi işlər həyata keçirib. Lakin burada əsas məsələ həm də Azərbaycan gəncliyinin hərəkətə keçməsi və öz sözünü deməsidir. Bu gün ali təhsil ocaqlarında minlərlə tələbə təhsil alır. Tələbələrimiz internet vasitəsilə dünyada baş verənləri yaxından izləyir, sosial şəbəkələrdə aktivdirlər. Məhz buna görə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, yanlış informasiyanın qarşısının alınmasında gənclərimiz, tələbələrimiz yaxından iştirak edə bilərlər. Bunu nəzərə alaraq, AVCİYA bu məqsədlə gənclərin iştirakı ilə debatlar silsiləsinə start verir”.
Layihə bütövlükdə 2017-ci ili əhatə edəcək. İl ərzində tədris semestri nəzərə alınmaqla müxtəlif universitetlərdə debatlar təşkil olunacaq. Bu tədris semestrində 4 debatın keçirilməsi nəzərdə tutulub.
Tədbir çıxışlarla davam edib.






banner

Oxşar Xəbərlər