• çərşənbə axşamı, 19 mart, 10:22
  • Baku Bakı 8°C

"Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe nümayiş etdirib”

25.06.18 13:48 502
"Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe nümayiş etdirib”
"Dağlıq Qarabağməsələsi bizi narahat etməyə bilməz. Siz bilirsiniz ki, Rusiya bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”.
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav VolodinMilli MəclisinsədriOqtay Əsədovla görüşündə deyib.
V. Volodin bildirib ki, münasibətləri pisləşdirmək istəyən, insanların sülh şəraitində yaşamaq arzusuna əhəmiyyət verməyənlər gərginlik istiqamətində irəliləyir: "Bu yolun qarşısını almaq üçün hər şey etməliyik. Azərbaycan həmişəDağlıq Qarabağmünaqişəsi ilə bağlı doğru və konstruktiv mövqe nümayiş etdirib”.
banner

Oxşar Xəbərlər