• cümə, 19 Aprel, 09:38
  • Baku Bakı 13°C

Azərbaycan helikopteri sabah yanğınların söndürülməsi əməliyyatlarına cəlb olunacaq

23.09.17 21:00 1287
Azərbaycan helikopteri sabah yanğınların söndürülməsi əməliyyatlarına cəlb olunacaq
Azərbaycan helikopteri sabah səhərdən etibarən Gürcüstanın Samtsxe-Cavaxeti regioununda Tsaqveri qəsəbəsi yaxınlığındakı meşə yanğınlarının söndürülməsi əməliyyatlarına cəlb olunacaq.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze deyib.

Nazirin sözlərinə görə, sabah yanğının lokallaşdırılması mümkün ola bilər.

Qeyd edək ki, Tsaqveri qəsəbəsi yaxınlığındakı meşə yanğınları dünən günorta saatlarında başlayıb və artıq 4 hektardan çox sahə yanıb. Çətin relyef və küləklihavayanğının söndürülməsini çətinləşdirib. Yanğının söndürülməsinə 200 yanğınsöndürən və bir helikopter cəlb olunub.

Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı iləFövqəladə Hallar NazirliyiGürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə "Ka-32A” helikopteri göndərib.
banner

Oxşar Xəbərlər