• cümə, 19 Aprel, 08:05
  • Baku Bakı 13°C

Azərbaycan həkimlərindən daha bir ilk

18.07.14 12:15 1283
Azərbaycan həkimlərindən daha bir ilk
APA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev bildirib ki, Azərbaycan təbabət tarixində ilk dəfə olaraq may ayında qohum donorlardan götürülən sümük iliyinin 3 xəstəyə köçürülməsi icra edilib.
“Əməliyyat Talassemiya Mərkəzində yerli mütəxəssislər tərəfindən həyata keçirilib. Lakin əməliyyat zamanı onlara belaruslu həkimlər dəstək olublar. Hazırda xəstələrin vəziyyəti yaxşıdır və evə yazılmaq ərəfəsindədirlər”, - deyə o vurğulayıb.
R. Rzayev bildirib ki, əldə etdikləri nəticələrdə Səhiyyə Nazirliyi və Heydər Əliyev Fondu mühüm rol oynayıb: “Bu cür əməliyyatlar sırf dövlət hesabına həyata keçirilir və həkimlərimiz daim xarici ölkələrdə kurslarda , seminarlarda iştirak edirlər”.
Talassemiya Mərkəzinin sümük iliyi transplantasiyası şöbəsinin müdiri Nərgiz Əliyeva isə bildirib ki, onlara sümük iliyinin köçürülməsi ilə 24 nəfər xəstə müraciət edib: “Onlardan 10 nəfər əməliyyat üçün seçilib. Oktyabrda 4 nəfər əməliyyat olunacaq”.
banner

Oxşar Xəbərlər