• şənbə, 20 Aprel, 10:23
  • Baku Bakı 14°C

Azərbaycan həkimləri ESCRS-in 34-cü konqresində iştirak edirlər

14.09.16 11:41 792
Azərbaycan həkimləri ESCRS-in 34-cü konqresində iştirak edirlər
Azərbycan nümayəndə heyəti Katarakt və Refraktiv Cərrahları Avropa Cəmiyyətinin (ESCRS) 34-cü konqresində iştirak edir.
Azərbaycan nümayəndə heyətinin üzvü, oftalmoloq Yazgül Abdiyevanın Trend-ə verdiyi məlumata görə, Danimarkanın paytaxtı Kopenhagendə keçirilən və Azərbycan nümayəndə heyətinin də qatıldığı tədbirdə məqsəd göz xəstəkiləri ilə bağlı dünya yeniliklərinin müzakirəsi, əldə olunan nəticələrlə bağlı növbəti tədqiqatlara başlamaqdır: "Aparılan müzakirələr də ölkəmizdə göz xəstəliklərinin müalicəsi ilə bağlı yeniliklıərin olduğunu göstərdi. Katarakt və refraktiv cərrahiyə ilə əlaqədar olaraq tibb sahəsində mühüm irəlləyişlər əldə olunub. Amma oftalmologiya durmadan inkişaf etdiyinə görə Azərbaycanlı həkimlərin daim bu yenilikləri izləməsi, beynəlxalq tədbirlərə qoşulması vacibdir. Biz yenilikləri ölkəmizdə tətbiq etməyə çalışacağıq”.
Qeyd edək ki, Katarakt və Refraktiv Cərrahları Avropa Cəmiyyətinin (ESCRS) baş katibliyi İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşir. Təşkilatın konqresləri hər il Avropanın müxtəlif şəhərlərində təşkil olunur. Hər il bu tədbirə Avropa, Asiya, Orta Şərq, Amerika və Avstraliyadan 6 min iştirakçı qatılaraq təcrübə və fikir mübadiləsi aparırlar.
banner

Oxşar Xəbərlər