• cümə, 26 Aprel, 10:54
  • Baku Bakı 12°C

Azərbaycan həbsxanalarında saxlanılan 22 iranlı məhbus təhvil verilib

13.09.16 14:38 789
Azərbaycan həbsxanalarında saxlanılan 22 iranlı məhbus təhvil verilib
Sentyabrın 12-də Azərbaycan həbsxanalarında saxlanılan 22 iranlıməhbus bu ölkəyə təhvil verilib.

APA-nın xəbərinə görə, İranın Azərbaycandakı səfirliyində faktı təsdiqləyiblər. Bildirilir ki, bu, iki ölkə arasında məhbusların ekstradisiyasına dair razılaşma üzrə 22-ci ekstradisiya halıdır.

Məhbusların əksəriyyəti narkotik maddələrin qaçaqmalçılığı ilə əlaqədar həbs olunub. Təhvilvermə prosesi Astara sərhəd-keçid məntəqəsində baş tutub və prosesdə İranın Azərbaycandakı baş konsulu Seyid Nasir Mircamali iştirak edib.
banner

Oxşar Xəbərlər