• cümə, 19 Aprel, 18:10
  • Baku Bakı 24°C

“Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tabeliyindən çıxarılıb

30.07.17 10:15 1679
“Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tabeliyindən çıxarılıb
"AzərbaycanHavaYolları” Yük Aviasiya Şirkəti AZAL-ın tabeliyində olan qurumların siyahısından çıxarılıb
"AzərbaycanHavaYolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan qurumların sayı azalıb.
APA-nın məlumatına görə,Nazirlər Kabinetibununla bağlı "AzərbaycanHavaYolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən "AzərbaycanHavaYolları” Yük Aviasiya Şirkəti AZAL-ın tabeliyində olan qurumların siyahısından çıxarılıb.
Beləliklə, AZAL-ın tabeliyində olan qurumların sayı 15-dən 14-ə enib. Bura "AzərbaycanHavaYolları” və "BUTA AIRWAYS” sərnişin aviaşirkətləri, "Azalaqro” Yevlax Aviasiya Şirkəti, Milli Aviasiya Akademiyası, Heydər Əliyev Beynəlxalq Aeroportu, "Gəncə”, "Naxçıvan”, "Lənkəran”, "Zaqatala” və "Qəbələ” beynəlxalqhavalimanları, "Azəraeronaviqasiya”HavaHərəkəti İdarəsi, Aviasiya Təhlükəsizlik Baş İdarəsi, "AzalOil” Yanacaq-Sürtgü Materialları İdarəsi, filial və nümayəndəliklər daxildir.
banner

Oxşar Xəbərlər