• şənbə, 27 Aprel, 05:34
  • Baku Bakı 14°C

Azərbaycan Gürcüstana əlavə texnika və canlı qüvvə göndərib

22.08.17 17:16 813
Azərbaycan Gürcüstana əlavə texnika və canlı qüvvə göndərib
Azərbaycan Gürcüstanda meşə yanğınlarının söndürülməsinə əlavə qüvvə göndərib.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus 11 yanğınsöndürən maşın və digər texnika, həmçinin canlı qüvvə bu gün Gürcüstana yola salınıb.

Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, avqustun 21-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir helikopteri yanğınsöndürmə əməliyyatlarında iştirak üçün Gürcüstana göndərilib. Helikopter bu gün səhər saatlarından yanğınsöndürmə əməliyyatlarına qoşulub.

Gürcüstan prezidentiGeorgi Marqvelaşvilivə bu ölkənin digər rəsmiləri yardıma görə Azərbaycan prezidentinə təşəkkür edib.
banner

Oxşar Xəbərlər