• şənbə, 20 Aprel, 14:54
  • Baku Bakı 23°C

Azərbaycan güləşçiləri Türkiyədə 11 medal qazanıblar

15.04.19 09:07 614
Azərbaycan güləşçiləri Türkiyədə 11 medal qazanıblar
Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında keçirilən "Victory Cup" turnirinə yekun vurulub.
"Report" xəbər verir ki, son yarış günündə 6 güləşçimiz fəxri kürsüyə qalxıb.
Sərbəst güləşçilərin mübarizəsində Fərhad Kərimli (60 kq) çempion olub, Mamed Əhmədov (60 kq) və Kənan Heybətov (51 kq) isə üçüncü yeri tutub. Qızların turnirində Elnurə Məmmədova (53 kq) və Mərziyə Sadıqova (61 kq) gümüş medal qazanıb. Yunan-Roma güləşçilərinin yarışında isə Elmir Əliyev (51 kq) fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.
Beləliklə, ümumilikdə bu yarışda 11 medal - 2 "qızıl", 5 "gümüş" və 4 "bürünc" qazanılıb.
Beynəlxalq dərəcəli hakim Zaur Şərifov "Victory Cup"da hakimlik edib.
banner

Oxşar Xəbərlər