• çərşənbə axşamı, 23 aprel, 17:34
  • Baku Bakı 24°C

Azərbaycan "gülənçilər"lə bağlı Türkiyə qarşısında vəsatət qaldırıb

23.08.16 14:21 935
Azərbaycan "gülənçilər"lə bağlı Türkiyə qarşısında vəsatət qaldırıb
Azərbaycanda fəaliyyət göstərən "gülənçilər"lə bağlı Türkiyə Respublikası ərazisində istintaq hərəkətlərinin həyata keçirilməsi üçün həmin ölkənin Baş prokuroru qarşısında vəsatət qaldırılıb.
APA-nın xəbərinə görə, bu barədə Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, məqsəd "Hizmət hərəkatı”nın Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mənsublarının xarici ölkələrdə, o cümlədən Türkiyədə olan tərəfdaşları ilə əlaqələrinin, maliyyələşmə mənbələrinin, üsullarının və digər xüsusatların müəyyənləşdirilməsidir.
Məlumatda vəsatətin Avropa Konvensiyasının tələblərinə müvafiq olaraq qaldırıldığı da bildirilir.
banner

Oxşar Xəbərlər