AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan gimnastları dünya kuboku yarışlarında iştirak edəcəklər

Azərbaycan gimnastları dünya kuboku yarışlarında iştirak edəcəklər

İdman
24 Mart 2021, 14:15 1076
Martın 26-28-də Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.
AZƏRTAC Beynəlxalq Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə Azərbaycan gimnastları da birincilik uğrunda mübarizə aparacaqlar.
Fərdi yarışlarda ölkəmizi Nərminə Səmədova və Arzu Cəlilova təmsil edəcəklər.
Turnirdə həmçinin, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız da gücünü nümayiş etdirəcək.