• cümə, 29 Mart, 08:33
  • Baku Bakı 5°C

Azərbaycan Gimnastika Federasiyası “Öz arzunu çək” adlanan yeni layihəyə start verib

09.03.20 12:00 951
Azərbaycan Gimnastika Federasiyası “Öz arzunu çək” adlanan yeni layihəyə start verib
Azərbaycan Gimnastika Federasiyası "Öz arzunu çək” adlanan yeni layihəyə start verib.
Federasiyadan Trend-ə verilən məlumata görə, layihə çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə gimnastika növləri üzrə yığma komanda üzvlərinin tanıtım fotosessiyası təqdim olunub. Burada bədii gimnastlar, kişi və qadın idman gimnastları, batutçular, akrobatlar və aerobika gimnastları iştirak edib.
Federasiya bildirir ki, bu layihə sayəsində gimnastikanın incəsənətlə nə qədər bağlı olduğunun bir daha şahidi olacağıq:
"Böyük idman nailiyyətləri arxasında illər öncə kiçik arzu ilə döyünən bir ürək dayanır. Kiçik arzu böyüyərək möhtəşəm arenalarda alqışlar sədasına çevrilir. Gimnastika öz əksini incəsənətdə tapır!"
Federasiya layihəyə görə Heydər Əliyev Mərkəzi, eləcə də adları çəkilən şəxslərə öz təşəkkürünü bildirir:
Leyla Məmmədova – stilist
Fərhad Əlizadə - fotoqraf
Zahid Baydarov - saç ustası
Ruhəngiz Əliyeva – vizajist.
banner

Oxşar Xəbərlər