• çərşənbə, 24 Aprel, 01:56
  • Baku Bakı 14°C

Azərbaycan Gimnastika Federasiyası 10 ən güclü federasiyadan biridir

04.03.17 14:24 2774
Azərbaycan Gimnastika Federasiyası 10 ən güclü federasiyadan biridir
Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən "Fərqlənən” federasiyaların reytinq siyahısına daxil olub.
AGF-dən Trend-ə verilən məlumata görə, milli federasiyamızın fəaliyyətinin yüksək qiymətləndirilməsi beynəlxalq arenadakı nüfuzumuzu bir daha təsdiq edib.
Beynəlxalq Federasiyanın İcraiyyə Komitəsi il ərzindəki fəaliyyətinə - dünya çempionatları və kuboklarının təşkili, həmin yarışlarda qazandığı nəticələr, FIG rəhbər orqanlarının iclaslarının keçirilməsi, FIG Akademiyası hakimlik və məşqçilik kurslarının təşkili, o cümlədən sözügedən tədbirlərdə iştirakına görə seçilən federasiyaları xallar əsasında müəyyənləşdirir.
Xatırladaq ki, Azərbaycan Gimnastika Federasiyası stabil olaraq, aktiv və peşəkar fəaliyyətinin nəticəsində ilin yekunlarına görə artıq 3-cü dəfədir (2014, 2015 və 2016) 10 ən güclü federasiya sırasında yer alır.
Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının tərkibinə 148 federasiya daxildir.
banner

Oxşar Xəbərlər