AZE | RUS | ENG |

Azərbaycan gimnastı Dünya Kubokunda yaxşı nəticə göstərəcəyinə ümid edir

Azərbaycan gimnastı Dünya Kubokunda yaxşı nəticə göstərəcəyinə ümid edir
Zədədən sonra forma yığmaq asan deyil, lakin ümidləri doğrultmağa çalışmaq lazımdır. Bunu Trend-ə açıqlamasında Azərbaycan gimnastı Mariya Smirnova deyib.

Ayağından əməliyyat olduğunu bildirən M.Smirnova qeyd edib ki, Bakıda keçiriləcək Dünya Kuboku onun üçün uzun fasilədən sonra ilk start olacaq.

Gimnast formasını bərpa etmək üçün hazırda məşqləri davam etdirdiyini deyib: "Əməliyyatdan sonra formanı yığmaq mənim üçün bir qədər çətindir, hətta çıxış etmək bir qədər qorxuludur. Lakin ümid edirəm ki, uzun fasilədən sonra özümü ələ alaraq yaxşı nəticə göstərə biləcəyəm".

İdmançı yarışda müxtəlif hündürlüklü qollarda və gimnastika tirlərində çıxış edəcəyini bildirib: "Çünki bu növlərdə çıxışlara hazırlaşmaq daha rahatdır".

Qeyd edək ki, martın 15-dən 18-dək Bakıda Milli Gimnastika Arenası üçüncü dəfə idman gimnastikası üzrə FIG Dünya Kuboku turnirini qəbul edəcək.

Yarışlarda 27 ölkədən 163 gimnast iştirak edəcək.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6900
GBP 1 İngilis funt sterlinqi 2.3644
TRY 1 Türk lirəsi 0.4475
KWD 1 Küveyt dinarı 5.6666
SEK 1 İsveç kronu 0.2090
EUR 1 Avro 2.0865
CHF 1 İsveçrə frankı 1.8097
USD 1 ABŞ dolları 1.7001