• çərşənbə axşamı, 19 mart, 10:23
  • Baku Bakı 8°C

“Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb”

21.09.17 12:50 3377
“Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb”
Dünyada gedən proseslər nəzərə alınaraq, gələcək illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və müstəqilliyimizin şüurlu dərk edilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edir. Gənclər arasında yaradıcılığı, intellektual inkişafı stimullaşdırmaq və əqli mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etmək, ekoloji tarazlığın pozulması və sağlam təbii mühitin məhdudlaşması ilə mübarizədə yeni təsirli formaların tətbiqində gənc nəslin fəal iştirakını dəstəkləmək mühüm əhəmiyyət daşıyır. Gənclərin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodları tətbiq edilməlidir. Məhz bu kimi zərurətdən irəli gələrək, Prezident İlham Əliyev sentyabrın 15-də imzaladığı sərəncamla "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını təsdiq edib. "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında hazırlanmış Dövlət Proqramı, bundan irəli gələrək görüləcək işlər və sair məsələlərlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev cavablandırır.
- Naqif müəllim, dövlət başçısının bir neçə gün bundan öncə imzaladığı sərəncamla təsdiq olunan "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı haqqında fikirlərinizi bilmək maraqlı olardı. Gənclərin böyük ümid bəslədiyi bu Dövlət Proqramının əhəmiyyəti nədən ibarətdir?
- Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Ölkədə aparılan məqsədyönlü siyasətinin nəticəsidir ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Ölkə başçısı İlham Əliyevin sentyabr ayının 15-də imzaladığı "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında imzaladığı Sərəncam da gənclərə göstərilən dövlət qayğısının davamıdır. Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Ölkə gəncləri də öz növbəsində bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə prezidentinin etimadını həmişə doğrultmalıdırlar.
- Dövlət Proqramından irəli gələrək gələcəkdə hansı tədbirlərin həyata keçiriləcəyi nəzərdətutulub?
- Azərbaycanda dövlət gənclər siyasəti beynəlxalq müstəvidə bir modeldir. Bunu Azərbaycana gələn xarici qonaqlar xüsusi ilə vurğulayırlar. Dəfələrlə bildiriblər ki, gənclərlə iş sahəsində nəyisə öyrətməyə gəlmişdik, amma burdan nəsə öyrənib qayıdırıq. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq ölkədə gənclər siyasəti daha səmərəli həyata keçiriləcək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakı təmin ediləcək, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması dəstəklənəcək, gənc nəslin sağlamlığının qorunmasına, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqət daha da artırılacaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə ediləcək, ölkədə könüllülük hərəkatı daha da sürətləndiriləcək. Onu da əlavə etmək istərdim ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyinatından sonra yeni struktur formalaşıb, Gənclər Siyasəti və İdman məsələləri şöbəsi yaradılıb və Yusif Məmmədəliyev həmin şöbəyə müdir təyin olunub. Gördüyünüz kimi, mərkəzi idarəetmə daha da gücləndirilib. Ona görə də bir azərbaycanlı gənc və millət vəkili olaraq, yeni Dövlət Proqramından ümid və gözləntilərimin çoxdur.
- Azərbaycan gənclərinin hərtərəfli inkişaf etməsi üçün son illərdə bir neçə mühüm dövlət sənədi qəbul edilib. Bunlara misal kimi 2005-2009-cu illəriəhatəedən Azərbaycan Gəncliyi Dövlət Proqramını, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramınının adını qeyd edə bilərik. Sizcə, bu Dövlət Proqramlarının Azərbaycan gəncliyinənəkimi faydası olub?
- Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan tarixinin hər bir mərhələsində olduğu kimi, 2005-2009-cu illərdə, ondan sonrakı illərdə də gənclər aparıcı sosial-siyasi qüvvəyə çevrilib, müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak edərək tarixi nailiyyətlərə imza atıblar. Dövlətin diqqət və qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib. 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramı isə Gəncə şəhərində daha fəallıqla həyata keçirilib. Şəhərimiz MDB məkanında ilk olaraq "Avropa Gənclər Paytaxtı – 2016″ layihəsinin qalibi olan şəhər kimi tanınıb. Gəncə həm də Avropa İttifaqına daxil olmadan bu titulu əldə edən ölkəmizin ilk şəhəri olaraq dünyaya nümunə olub. Bu möhtəşəm uğur təsadüfi əldə edilməyib. Şəhərimiz 2012-ci ildə ölkəmizin ilk "Gənclər paytaxtı” olub. Gəncə gəncliyi dövlətə, dövlətçiliyə sədaqət sahəsində həqiqi örnək, nümunə olduğunu öz əməli fəaliyyətləri ilə nümayiş etdirib. Ötən il ərzində şəhərimizdə ilk dəfə olaraq yüzlərlə yerli və beynəlxalq miqyaslı layihələr həyata keçirilib. Gəncə gəncləri ilk dəfə ölkəmizdə keçirilən "Avropa Gənclər Festivalı”, "Türkdilli ölkələrin Gənclər Festivalı”, "Avropa şəhərciyi” beynəlxalq layihəsi, bundan əlavə "Tarixin canlı səhifələri” beynəlxalq gənclər festivalı kimi əhəmiyyətli tədbirlərin iştirakçısı olmaqla bərabər, həm də bu layihələrin təşkilatçısı qismində öz töhfələrini verə biliblər. Bu iştirak yalnız elm, təhsil, idman, mədəniyyət, səhiyyə sahələrini əhatə etmir, həm də müasir dünyada ölkəmizin vizit kartına çevrilən tolerantlıq, multikultural dəyərlərimizin beynəlxalq ictimaiyyətə, çatdırılmasına da imkan verir. Könüllülük, şəhərin bütün ictimai-mədəni işlərində fəallıqla iştirak Gəncə gəncliyinin nümunəvi işinin göstəricidir. Bununla yanaşı, gənclərin dövlət işində irəli çəkilməsi prosesi təkcə mərkəzi dövlət strukturunda deyil, paralel olaraq regionlarda da həyata keçirilir. Bu faktın özü də Azərbaycan gənclərinə, gəncliyə olan inamın, etibarın, diqqət və qayğının göstəricisidir.
- Gənc ailəinstitutunun möhkəmlənməsi üçün maliyyəbazasının olması önəmli faktorlardandır.Xüsusiləmənzil prioritet problemlərdəndir. Gənclər üçün dahaəlverişli şəraitin yaradılması nəzərdətutulubmu?
- Azərbaycan gəncliyi qarşısında duran yeni hədəflər açıqlandıqca, dövlətin gənclərə diqqət və qayğısı da ilbəil artır və konkret nəticələrlə müşahidə olunur. Xüsusilə qeyd etmək istərdim ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, onların həyat səviyyəsinin yüksəldilməsi məsələsi də önə çəkilib. Bundan irəli gələn vəzifələr qədim Gəncədə də uğurla həyata keçirilir. Nizami yurdunda gənclərin mənzil probleminin həlli istiqamətində yeni layihələr həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
- Bəs, Gəncədə gənclərin məşğulluğu iləbağlı hansı addımlar atılır?
- İlbəil, aybaay deyil, günbəgün dəyişən, gözəlləşən Nizami yurdunda – Gəncə şəhərində gənclərin məşğulluğunun təmini ilə bağlı da bir sıra işlər görülür. Şəhərdə geniş vüsət alan adadlıq-quruculuq işləri sayəsində yeni iş yerləri açılır. Hazırda tikintisi başa çatmaq üzrə olan "Grand Qafqaz” Ticarət Mərkəzində və Gəncə MALL-da minlərlə yeni iş yerləri açılacaq ki, orada da gənclər işlə təmin ediləcəklər. Bu proses davamlıdır.
Kaspi.az
banner

Oxşar Xəbərlər