• cümə, 19 Aprel, 12:53
  • Baku Bakı 25°C

Azərbaycan futbolunda ilk: Qapıçı öz qapısına “xəyanət etdi”

22.10.13 15:06 1558
Azərbaycan futbolunda ilk: Qapıçı öz qapısına “xəyanət etdi”
Futbol üzrə Topaz Premyer Liqasında X turun “Sumqayıt” – “Qarabağ” oyununda avtoqol qeydə alınıb. Lent.az-ın məlumatına görə, meydan sahiblərinin qapıçısı Anar Nəzirov topu öz qapısından keçirib.
Peşəkar Futbol Liqasının rəsmi saytında bildirilir ki, qolkiperdən istiqamətini dəyişərək, qapıya daxil olan topun avtoqol kimi hesaba alınması ilə mövsümdə 2-ci avtoqol rəsmiləşib. İlk belə hadisə də məhz “Sumqayıt”ın ev oyununda qeydə alınıb. IX turun “İnter”lə görüşündə Adil İbrahimov “fərqlənib”. Nəzirov “Sumqayıt”ın tarixində öz qapısına qol vuran 4-cü futbolçu olub. “Qarabağ” isə ölkə çempionatlarında 9-cu dəfə rəqibin qoluna sevinib.
Qeyd edək ki, 1992-ci ildən indiyədək ölkə çempionatlarında heç vaxt qapıçı avtoqol müəllifi olmayıb. Qeydə alınan 118 avtoqoldan heç birinin müəllifi qapıçı deyildi. Öz qapısına qol vuran ilk qolkiper kimi Premyer Liqa tarixinə düşən Nəzirov ümumilikdə 119-cu avtoqolu gerçəkləşdirib.
banner

Oxşar Xəbərlər