• cümə, 29 Mart, 13:33
  • Baku Bakı 14°C

"Azərbaycan - Fransız Universiteti Azərbaycanın ali təhsil sistemində katalizator rolunu oynayır"

27.05.18 12:32 645
"Azərbaycan - Fransız Universiteti Azərbaycanın ali təhsil sistemində katalizator rolunu oynayır"
"Təhsil ölkələr arasında əlaqələrin qurulmasında xüsusi rol oynayır".
APA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan - Fransız Universitetində (UFAZ)Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa vəXarici İşlər Nazirliyifondunun arxiv sərgisinin rəsmi açılışında deyib.
Azərbaycan rəhbərliyi tərəfindən təhsilin inkişafına daima yüksək diqqət göstərildiyini deyən təhsil naziri UFAZ layihəsinin Azərbaycanın ali təhsil sistemində katalizator rolunu oynadığını söyləyib: "Digər ali təhsil müəssisələri UFAZ-da tətbiq olunan kurikulumlar, tələbələrin seçimi, qiymətləndirilməsi, tətbiq olunan digər mütərəqqi yanaşmalar istiqamətindən faydalana bilərlər. Fransa xin rəhbərinin bu gün UFAZ-a gəlişi iki ölkə arasında humanitar münasibətlərin yüksək səviyyədə olmasının bariz göstəricisidir".
Təhsil naziri qeyd edib ki, müasir dünyada ali təhsil müəssisələri innovativ iqtisadi artım mərkəzlərinə çevrilməkdədir: "Beynəlxalq təcrübə göstərir ki, belə olan halda bu fəaliyyətdə biznes sektorunun iştirakı önəmlidir. Bir il əvvəl UFAZ fondunun yaradılmasına dair sənəd imzalanmışdı. Fondun əsas məqsədi təhsil alan tələbələr üçün təhsil, tədqiqat, startap, innovativ layihələrə dəstək verməkdir. Bu gün bu tədbir zamanı Azərbaycan və Fransa şirkətləri arasında çərçivəsində anlaşma memorandumlarının imzalanması bu istiqamətdə görülən işlərin göstəricisidir. Bizim strateji məqsədimiz Azərbaycanın ali təhsil müəssisələrini beynəlxalq səviyyəyə çatdırmaqdan ibarətdir. Düşünürəm ki, həm UFAZ, həm də buna oxşar digər layihələr ali təhsilin, eləcə də ölkəmizin inkişafına böyük töhfələr vermiş olacaq".
banner

Oxşar Xəbərlər