• cümə, 29 Mart, 19:18
  • Baku Bakı 14°C

Azərbaycan Fransada törədilmiş terror aktını pisləyir

07.01.15 17:52 920
Azərbaycan Fransada törədilmiş terror aktını pisləyir
“Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”.
Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev Fransada “Charlie Hebdo” qəzetinin redaksiyasında baş vermiş terror aktına münasibət bildirərkən deyib.
“Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktı zamanı həlak olanların ailələrinə, Fransa xalqına dərin hüznlə baş sağlığı veririk, yaralananların isə tezliklə şəfa tapmasını arzu edirik”, – deyə H. Hacıyev qeyd edib.
O vurğulayıb ki, heç bir halda terror əməllərinə bəraət qazandırıla bilməz: “Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəkləyir və bu mübarizəyə öz töhfəsini verir”.
banner

Oxşar Xəbərlər