• çərşənbə axşamı, 23 aprel, 17:04
  • Baku Bakı 24°C

Azərbaycan – Fransa oyununun vaxtı dəqiqləşib

21.07.20 11:08 857
Azərbaycan – Fransa oyununun vaxtı dəqiqləşib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin növbəti oyununun məkanı və başlama saatı müəyyənləşib.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransanı sentyabrın 7-də qəbul edəcək.
Qarşılaşma Sumqayıt şəhərindəki "Kapital Bank Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.
Qeyd edək ki, yer aldığı 2-ci qrupda keçirdiyi 6 oyunda 6 xal toplayan U-21 millimiz 5-ci pillədə qərarlaşır.
banner

Oxşar Xəbərlər