AZE | RUS | ENG |

Azərbaycan-Fransa əlaqələri genişlənir

Azərbaycan-Fransa əlaqələri genişlənir
Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri həm Qərb mətbuatının, həm də bir sıra qonşu ölkələrin diqqət mərkəzində oldu. SİA-nın məlumatına görə, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Fransa ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Elə buna görə də bu ölkə ilə təkcə siyasi deyil, iqtisadi əlaqələrin də genişləndirilməsinə dövlət başçısı böyük önəm verir. Məhz buna görə prezident İlham Əliyev Fransanın iqtisadi həyatını formalaşdıran iri şirkətlərin rəhbərləri ilə səmərəli görüşlər keçirib.

Millət vəkili Rasim Musabəyov deyir ki, Fransa Avropa İttifaqının siyasətinin formalaşmasında böyük təsirə malik olan ölkədir. Ona görə də bu ölkənin etibarlı tərəfdaşı olmaq Avropada Azərbaycana çox şeylər qazandırır.

Rotşild şirkətinin sabiq mühasibi olan Fransa prezidenti Emanuel Makronun çalışdığı maliyyə nəhənginin rəhbəri ilə prezident İlham Əliyevin görüşü təsadüfi deyildi. Rasim Musabəyov bildirir ki, bu şirkət məhz birbaşa fransa prezidenti üzərində təsirə malik olan böyük iqtisadi gücə sahibdir.

Millət vəkili deyir ki, dövlət başçısının Fransaya səfərinin daha bir önəmi isə Avropa İttifaqı tərəfindən Ermənistana veriləcək yardımların təsir dairəsini məhdudlaşdırmaq idi. Azərbaycan Ermənistana veriləcək yardımların heç olmasa müxtəlif şərtlər qoyulmaqla verilməsində maraqlıdır.

Prezident İlham Əliyevin Fransaya səfərində daha bir diqqət çəkən məqam isə böyük şirkətlərlə birgə bir sıra konkret biznes layihələri barədə fikir mübadiləsinin aparılması idi. Təsadüfi deyil ki, Fransa şirkətləri ilə ümumi dəyəri 2,3 milyard dollarlıq müqavilələr imzalanıb. Fransa şirkətlərinin Azərbaycanda iri layihələrdə iştirakı bundan sonra da iki ölkənin biznes dairələri arasında daha sıx əlaqələrin qurulmasına təkan verəcək. İqtisadi əlaqələrin güclənməsi isə siyasi münasibətlərdə Azərbaycana daha böyük üstünlüklər qazandıracaq.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000