AZE | RUS | ENG |

Azərbaycan fındığının ixrac coğrafiyası genişləndiriləcək

Azərbaycan fındığının ixrac coğrafiyası genişləndiriləcək
Azərbaycan 2018-ci ildə fındıq istehsalını artırmaq niyyətindədir.

Bu barədə Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasından deyiblər.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Assosiasiya istehsalı 48 faizə yaxın artırmağı planlaşdırır: "2018-ci ildə biz 60-65 min ton fındıq istehsal etməyi planlaşdırırıq. İxraca gəlincə, bu təkcə istehsalın artımından yox, həm də dünya bazarındakı qiymətlərdən asılıdır. Əgər qiymətlər ucuzlaşmasa, biz ixracatın 10 faiz artımını gözləyirik”.

Assosiasiyadan o da bildirilib ki, bu il ixrac coğrafiyasının genişləndirilməsi üzrə iş aparılacaq.

Qeyd edək ki, hazırda Azərbaycan fındığının əsas satış bazarı İtaliya, Rusiya və Almaniyadır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9230
GEL 1 1 Gürcüstan larisi 0.6378
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1390
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.7036
KWD 1 1 Küveyt dinarı 5.5847
TRY 1 1 Türkiyə lirəsi 0.3162