• şənbə, 20 Aprel, 06:36
  • Baku Bakı 14°C

Azərbaycan fındığının ixrac coğrafiyası genişləndiriləcək

14.04.18 10:40 811
Azərbaycan fındığının ixrac coğrafiyası genişləndiriləcək
Azərbaycan 2018-ci ildə fındıq istehsalını artırmaq niyyətindədir.
Bu barədə Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasından deyiblər.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Assosiasiya istehsalı 48 faizə yaxın artırmağı planlaşdırır:"2018-ci ildə biz 60-65 min ton fındıq istehsal etməyi planlaşdırırıq. İxraca gəlincə, bu təkcə istehsalın artımından yox, həm də dünya bazarındakı qiymətlərdən asılıdır. Əgər qiymətlər ucuzlaşmasa, biz ixracatın 10 faiz artımını gözləyirik”.
Assosiasiyadan o da bildirilib ki, bu il ixrac coğrafiyasının genişləndirilməsi üzrə iş aparılacaq.
Qeyd edək ki, hazırda Azərbaycan fındığının əsas satış bazarı İtaliya, Rusiya və Almaniyadır.
banner

Oxşar Xəbərlər