• çərşənbə axşamı, 19 mart, 14:42
  • Baku Bakı 8°C

Azərbaycan “Eurovision-2013“ün finalına çıxıb

17.05.13 08:20 1793
Azərbaycan “Eurovision-2013“ün finalına çıxıb
Azərbaycan təmsilçisi Fərid Məmmədov İsveçin Malmö şəhərində "Malmö Arena"da "Eurovision 2013" mahnı müsabiqəsinin II yarımfinalında uğurlu çıxış edib. APA-nın verdiyi məlumata görə, təmsilçimiz səhnədə yaddaqalan və peşəkar ifa nümayiş etdirib. Təmsilçimizin səhnədə çıxışı zaldakı tamaşaçılar tərəfindən xüsusi qarşılanıb. F.Məmmədovu səhnədə özünə bənzər rəqqas və qırmızı geyimdə rəqqasə, eyni zamanda bek-vokaçılar müşayiət edib. Səhnəyə qoyulmuş şüşə, Fəridin plastikası şouya xüsusi rəng qatıb. Azərbaycan hər il olduğu kimi, bu il də favorit ölkələr arasındadır.
Qeyd edək ki, bu gün 17 ölkə yarımfinalda yarışır. Bu ölkələrdən 10-u finala vəsiqə qazanacaq ki, həmin təmsilçilər mayın 18-də qalibiyyət uğrunda mübarizə aparacaq.
X X X
Azərbaycan "Eurovision-2013" mahnı müsabiqəsinin finalına çıxıb.
İsveçin Malmö şəhərində "Eurovision-2013" mahnı müsabiqəsinin ikinci yarım finalı keçirilib. Azərbaycanın nümayəndəsi Fərid Məmmədov mayın 18-də "Hold on" mahnısı ilə həmin müsabiqənin finalında çıxış edəcək.
Trend-in məlumatına görə, ikinci yarım finalda Latviya, San-Marino, Makedoniya, Azərbaycan, Finlyandiya, Malta, Bolqariya, İslandiya, Yunanıstan, İsrail, Ermənistan, Macarıstan, Norvec, Albaniya, Gürcüstan, İsveçrə, Rumınıya təmsilçiləri səhnəyə çıxıblar.
Çıxışlardan sonra 15 dəqiqəlik səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə, ikinci yarım finalın ilk finalçısı Macarıstan olub. Növbəti finalçıların sırası isə belə olub: Azərbaycan, Gürcüstan, Rumınıya, Norvec, İslandiya, Ermənistan, Finlyandiya, Malta, Yunanıstan.
Məlumat üçün bildirək ki, "Malmö arena"da keçirilən müsabiqədə 39 ölkədən müğənnilər iştirak ediblər. İsveçin üçüncü böyük şəhəri olan Malmö (əhalisi 300 min) hələ 1992-ci ildə "Eurovision"a ev sahibliyi edib. Müsabiqənin qaydalarına görə, bir il əvvəlki müsabiqənin qalibinin təmsil etdiyi ölkə növbəti ildə "Eurovision"a ev sahibliyi edir. Ötən il Bakıda keçirilən müsabiqədə isveçli müğənni Lorin "Euphoria" mahnısı ilə qalib olmuşdu.
"Eurovision-2013"ün finalı mayın 18-də keçiriləcək.
X X X
Azərbaycan təmsilçisi Fərid Məmmədov “Eurovision-2013” müsabiqəsinin finalında səhnəyə 20-ci çıxacaq. Anspress-in müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 iştirakçının sıra nöməsi müəyyənləşdirilib. İştirakçıların çıxış sırası belədir:
Fransa
Litva
Moldova
Finlandiya
İspaniya
Belçika
Estoniya
Belarus
Malta
Rusiya
Almaniya
Ermənistan
Niderland
Rumıniya
Böyük Britaniya
İsveç
Macarıstan
Danimarka
İslandiya
Azərbaycan
Yunanıstan
Ukrayna
İtaliya
Norveç
Gürcüstan
İrlandiya.
Qeyd edək ki, “Eurovision-2013”ün finalı mayın 19-na keçən gecə “Malmö Arena” kompleksində keçiriləcək.
banner

Oxşar Xəbərlər