• çərşənbə axşamı, 23 aprel, 14:58
  • Baku Bakı 24°C

Azərbaycan əsgərinin meyiti neytral zonadan çıxarılıb

24.09.19 11:07 476
Azərbaycan əsgərinin meyiti neytral zonadan çıxarılıb
Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun meyiti təmas xəttindən çıxarılıb.
Bu barədə Trend-ə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O qeyd edib ki, dünən BQXK tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşinin təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.
Xatırladaq ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.
banner

Oxşar Xəbərlər