• şənbə, 20 Aprel, 02:58
  • Baku Bakı 15°C

Azərbaycan Ermənistan vətəndaşını ölkəsinə qaytarıb

10.04.14 13:22 900
Azərbaycan Ermənistan vətəndaşını ölkəsinə qaytarıb
Bir ay əvvəl qoşunların təmas xəttini keçən Ermənistan vətəndaşı ölkəsinə təhvil verilib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) mətbuat katibi İlahə Hüseynovanın APA-ya verdiyi məlumata görə, Ermənistanın Tavuş vilayəti Berd rayonu Varin Qarmiraxbuyr kənd sakini, 09.03.1991-ci il təvəllüdlü Xocayan Arsen Ananyeviç ölkəsinə təhvil verilib.
Qeyd edək ki, A. Xocayan martın 7-də qoşunların təmas xəttini keçib. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib.
banner

Oxşar Xəbərlər