• cümə, 19 Aprel, 10:21
  • Baku Bakı 13°C

Azərbaycan-Ermənistan sərhədində növbəti monitorinq keçiriləcək

27.11.17 10:55 2076
Azərbaycan-Ermənistan sərhədində növbəti monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə NazirliyindənAPA-ya bildirilib ki, monitorinqi Azərbaycan tərəfindənATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller,Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Joviç və Martin Şuster keçirəcəklər.
banner

Oxşar Xəbərlər