• cümə axşamı, 18 aprel, 10:52
  • Baku Bakı 12°C

"Azərbaycan erməni təxribatının qarşısını layiqincə alır"

24.03.20 22:03 330
"Azərbaycan erməni təxribatının qarşısını layiqincə alır"
"Dünya koronavirusa qarşı mübarizə apardığı bir dönəmdə ermənilər Azərbaycana qarşı öz təxribatçı siyasətlərini davam etdirməkdədir". Bu fikirləriSİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, ABŞ-ın Azərbaycanın işğal olunmuş ərazilərində separatçı rejimə "Minalardan təmizlənmə" adı ilə maliyyə yardımını dayandırması buradakı rejimin Rusiya ilə bağlılığından irəli gəlir: "Çünki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Vaşinqton burada rejimin dəyişilməsində maraqlıdır. Ona görə də ABŞ Ermənistana vəsait ayırsa da, separatçı rejimə maliyyə yardımını dayandırıb".
Politoloq söyləyib ki, Vaşinqtonun Qarabağa maliyyə yardımı humanitar yardım adlandırılsa da, bu vəsait əsasən separatçıların maliyyələşdirilməsinə və hərbi sahəyə xərclənirdi: "ABŞ-ın hazırkı qərarı davamlı olmalı, digər separatçı qurumlara şamil etdiyi siyasəti Qarabağdakı separtçılara tətbiq etməlidir. Əgər, işğal olunmuş ərazilərdə qondarma seçkilərdə Paşinyanın dəstək verdiyi qruplaşma rəhbərliyə gələrsə, ABŞ yenidən maliyyə yardımını tətbiq edə bilər. Amma burada əvvəlki rejimin qalıqları rəhbərlikdə qalarsa, Vaşinqton maliyyə yardımını kəsəcək".
M. Əsədullazadənin fikrincə, buradan bir daha aydın olur ki, Vaşinqton öz maraqları prizmasından çıxış edir: "Amerika erməni komitəsinin səylərinə baxmayaraq, sepratçı rejimə maliyyə yardımı dayandırıldı. Ermənistan koronavirus pandemiyasına baxmayaraq cəbhə xəttində öz təxribatlarını davam etdirir. Cəbhədə işğalçı tərəfin itkilərinə rəğmən bu təxribatların arxasında birbaşa Qarabağ klanına rəğbət bəsləyən hazırkı separatçı rejim dayanır. Çünki, onların hərbçilər arasında tərəfdarları var və qondarma seçki yaxınlaşdıqca vəziyyəti mürəkkəbləşdirməyə çalışırlar. Ermənistan tərəfinin təxribatlarına baxmayaraq, Azərbaycan bu təxribatların qarşısınını qəti şəkildə, layiqincə alır".
banner

Oxşar Xəbərlər