• cümə, 29 Mart, 19:54
  • Baku Bakı 14°C

Azərbaycan erməni idmançıların təhlükəsizliyinə zəmanət verib

24.09.14 13:55 1073
Azərbaycan erməni idmançıların təhlükəsizliyinə zəmanət verib
“Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı bütün 49 Avropa ölkələri Bakıya dəvət olunub. Ermənistan mətbuatından gələn xəbərlərə görə, Ermənistan da bu tədbirdə iştirak edəcək”.
APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir Azərbaycan dövləti tərəfindən Ermənistan idmançılarına təhlükəsizlik, o cümlədən viza və digər məsələlərlə bağlı zəmanət verildiyini də bildirib.
Qeyd edək ki, I Avropa Oyunları Azərbaycanda gələn ilin yayında keçiriləcək.
banner

Oxşar Xəbərlər