• şənbə, 27 Aprel, 03:40
  • Baku Bakı 14°C

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır

19.09.16 12:45 891
Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır
Bakı və Abşeron yarımadasında sentyabrın 20-dəhavaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə yarımadada 17-20° isti, gündüz 26-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 20-21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər