• cümə, 19 Aprel, 22:42
  • Baku Bakı 24°C

Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək

06.06.13 15:22 1409
Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti yaxın 3 gün ərzində ölkə ərazisində hava şəraitinin dəyişməsi ilə bağlı xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, sabahdan etibarən ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Belə ki, iyunun 7-9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, əsasən gecə və axşam saatlarında yağış yağacağı, 7-8 iyun tarixlərində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
banner

Oxşar Xəbərlər