• cümə, 19 Aprel, 05:50
  • Baku Bakı 18°C

Azərbaycan enerji mənbəyi kimi dünyanın diqqət mərkəzində

23.04.14 08:19 1297
Azərbaycan enerji mənbəyi kimi dünyanın diqqət mərkəzində
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O bildirib ki, Azərbaycanın enerji ehtiyatları Avropa və digər ölkələr üçün əhəmiyyət kəsb edir: “Ötən il “Şahdəniz” investisiya layihəsinə dair yekun qərarın verilməsi Cənub dəhlizi ilə bağlı xeyli irəliləyişin əldə olunmasına zəmin yaradıb”.
R. Morninqstar qeyd edib ki, ABŞ Azərbaycan və digər tərəfdaş ölkələrlə öz işini davam etdirəcək ki, “Şahdəniz” layihəsi irəliyə getsin: “Obama administrasiyası maye qazın Avropaya lazım olan qədər ixrac edilməsi məsələsini dəstəkləyib. Bu, Azərbaycanın Avropaya qaz ixracına mənfi təsir göstərməyəcək”./apa/
banner

Oxşar Xəbərlər